Polşa millisinin hücumçusu A seriyasında
07.01.2022 - 20:14
“Fiorentina” heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, bunu İtaliya klubunun mətbuat xidməti açıqlayıb.
Polşa millisinin və “Herta”nın hücumçusu Kşiştof Pentek Florensiya təmsilçisinə keçib. A seriyası klubu 26 yaşlı futbolçunu pulsuz icarəyə götürüb. “Fiorentina” oyunçunu sonradan 15 milyon avroya transfer etmək hüququna da malikdir.
Qeyd edək ki, polşalı hücumçu cari mövsüm “Herta”dakı 10 oyunda 1 qol vurub.
0
0