Polşalı jurnalist: “Döyülənlərdən biri Mahirdir”
13.12.2021 - 15:47
Polşalı jurnalist: “Döyülənlərdən biri Mahirdir”

“Bəzi oyunçularla əlaqə saxladım. Onlar çox qorxmuşdular”.

Apasport.az-ın Lent.az saytına istinadən məlumatına görə, bu sözləri Polşanın tanınmış idman yazarı, interia.pl saytının idman redaktoru Sebastyan Staşevski öz “Twitter” səhifəsində yazıb.

Staşevski bildirib ki, oyunçular Polşa çempionatının XVIII turunda Plotsk “Visla”sı ilə matçdan sonra azarkeşlərin hücumu barədə danışmaq istəmirlər. Yalnız onu deyirlər ki, azarkeşlər Mahir Emreli və Lukinyası vurublar.

Polşanın “Superekspress” qəzeti isə Rafael Lopesin də xəsarət aldığını bildirib.

Qeyd edək ki, Mahir Emrelinin formasını geyindiyi “Legiya” “Visla”ya 0:1 hesabı ilə uduzub. Bundan sonra azarkeşlər futbolçulara hücum edib. Onlardan bir neçəsi avtobusa daxil olaraq Mahir də daxil olmaqla, futbolçulara xəsarət yetiriblər. Bu görüşdən sonra baş məşqçi Marek Qolebiyevski istefa verib. “Legiya” hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.