“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba gələcəyi ilə bağlı hələ qərar verməyib.
Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvü “qırmızı şeytanlar”la yeni müqavilə məsələsində tərəddüd edir.
28 yaşlı orta sahə oyunçusu klubun son sözləşmə təklifini rədd edib. Poqba indi bütün diqqətini zədəsini sağaltmağa və “Mançester Yunayted”də əsas komandaya qayıtmağa yönəldib. O, həm hazırkı komandasının, həm də digər klubların təkliflərinə əsasən qərar verəcək.
Qeyd edək ki, Pol Poqbanın 2016-cı ildən formasını geyindiyi “Mançester Yunayted”lə müqavilə müddəti mövsümün sonuna qədərdir.