Poqba üçün il bitdi
18.11.2021 - 09:20
“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba bu il yaşıl meydanlardan kənar qalacaq.
Apasport.az saytının məlumatına görə, buna səbəb fransalı futbolçunun millinin məşqi zamanı sağ budundan zədələnməsidir.
Həkimlər onun ən azı 6 həftə kollektivdən uzaq qalacağını açıqlayıb. 28 yaşlı orta sahə oyunçusu Fransa və ya İngiltərədə reabilitasiya keçməyəcək. O, fərdi məşqçisi ilə Birləşmiş Ərəb Əmirliklərinə yollanacaq.
Qeyd edək ki, 2016-cı ildən “Mançester Yunayted”in formasını geyinən Pol Poqba cari mövsüm İngiltərə Premyer Liqasında 9 oyun keçirib, 7 məhsuldar ötürmə verib.
0
0