Poqba üçün ildə 8 milyon avro
16.05.2022 - 23:10
Poqba üçün ildə 8 milyon avro

“Yuventus”un Pol Poqbaya təklif etdiyi müqavilənin detalları bəlli olub.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu hazırda “Mançester Yunayted”in şərəfini qoruyan fransalı yarımmüdafiəçi ilə 3 illik anlaşma imzalamağı planlaşdırır. 

Turinlilər yayda azad agent statusu alacaq futbolçuya ildə 7 milyon avro ödəmək istəyir. Lakin fransalının yüksək tələblərindən xəbərdar olan klub rəhbərliyi 8 milyona da razıdır.

Pol isə sabiq komandasına qayıtmaq üçün 4 illik müqavilə imzalamaq niyyətindədir. O, ildə 10 milyon qazanmaq arzusundadır.

Qeyd edək ki, yarımmüdafiəçinin xidmətində PSJ də maraqlıdır.