Poqba üçün Kroos satılır
29.04.2022 - 09:41
“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba daha bir klubun maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, “Real” ulduz futbolçu uğrunda mübarizəyə qoşulub.
“Kral klubu” Fransa millisinin üzvünü və onun “Monako”dakı həmyerlisi olan digər yarımmüdafiəçi Orelyen Tçuamenini almaqla orta sahəni gücləndirməyi planlaşdırır. İspanlar bunu reallaşdırmaq üçün aparıcı oyunçusu Toni Kroosu satmağa da razıdır.
Qeyd edək ki, Pol Poqbanın “Mançester Yunayted”lə müqavilə müddəti mövsümün sonuna qədərdir.
0
0