Poqbaya daha bir müştəri
07.05.2022 - 11:14
Poqbaya daha bir müştəri

Fransa millisinin futbolçusu Pol Poqba yayda “Mançester Yunayted”i tərk edəcək.

Apasport.az saytının məlumatına görə, azad agent statusu alacaq yarımmüdafiəçini heyətində görmək istəyən klubların sayı artmaqdadır.

Poqbanın müştəriləri sırasına “Mançester Siti”də daxil olub. “Şəhərlilər” orta sahəsini fransalı ilə gücləndirmək niyyətindədir.

Pol indiki komandasının prinsipial rəqibinə keçidi istisna etmir. Lakin onun müştəriləri sırasında digər klublar da var. Belə klublardan biri də İspaniya “Real”ıdır.