Portuqaliya ikinci dəfə Avropa çempionu oldu
06.02.2022 - 22:56
Portuqaliya ikinci dəfə Avropa çempionu oldu

Niderlandda futzal üzrə  təşkil olunan Avropa çempionatı başa çatıb.

Apasport.az saytının məlumatına görə, Amsterdamdakı “Ziggo Dome”də keçirilən final oyununda Portuqaliya və Rusiya milli komandaları qarşılaşıblar. 

Oyunun gedişində rəqibini 2 top fərqi ilə üstələyən Rusiya futzalçıları üstünlüyünü ikinci hissədə əldən verib. Yekunda 4:2 hesabı ilə qələbə qazanan Portuqaliya millisi tarixində ikinci dəfə Avropa çempionu olub. 

Üçüncü yer uğrunda keçirilmiş matçda Ukrayna yığmasını 4:1 hesabı ilə üstələyən İspaniya millisi isə bürünc medalları qazanıb. 

Qazaxıstan millisinin üzvü Brizxan Orazov 7 qolla turnirin bombardiri olub. Ziki (Portuqaliya) isə final mərhələsinin ən yaxşı oyunçusu seçilib.

Qeyd edək ki, Azərbaycan yığması Niderlandda qrup mərhələsində mübarizəni dayandırıb.