Portuqaliya və Rusiya səpələndi
15.11.2021 - 09:31
Portuqaliya və Rusiya səpələndi

Pley-offun 4 iştirakçısının səbəti bəlli oldu

DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsinə vəsiqə qazanan 8 komandadan 4-nün səbəti dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, qrup mərhələsindəki nəticələrin əsas götürüldüyü bölgü zamanı iki komanda səpələnmişlər sırasına düşüb.

Bunlar Portuqaliya və Rusiya milliləridir. Onlar ən yaxşı qrup ikinciləri sırasındadır.

Avstriya və Şimali Makedoniya isə səpələnməmiş komandalar sırasında yerini təmin edib. Digər 4 yığmanın səbəti dəqiqləşməyib. Bunlar Şotlandiya, Çexiya, Uels və İsveçdir.

Qeyd edək ki, pley-offda mübarizə aparacaq 12 komanda 3 vəsiqənin sahibini müəyyənləşdirəcək.