Portuqaliyalı məşqçidən “Beşiktaş”a rədd cavabı
11.12.2021 - 14:46
Portuqaliyalı məşqçidən “Beşiktaş”a rədd cavabı

Sərgən Yalçınla yollarını ayıran “Beşiktaş” yeni baş məşqçi axtarışlarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, İstanbul nəhəngi bu dəfə portuqaliyalı Andre Villaş-Boaşa təklif göndərib.

“Ağ-qaralar” portuqaliyalı mütəxəssisə danışıq aparmaq üçün müraciət etsə də, Villaş-Boaşın cavabı mənfi olub. 44 yaşlı çalışdırıcı həmçinin “Flamenqo”nun təklifini də rədd edib. O, sonuncu dəfə Fransa klubu “Marsel”ə rəhbərlik edib.

Qeyd edək ki, “Beşiktaş”ın yerli mütəxəssislər arasında danışıq apardığı ilk sima Samet Aybabadır.