Premyer Liqa klubu bombardirsiz qaldı
10.01.2022 - 21:41
“Nyukasl” ciddi itki ilə üzləşib.
Apapsort.az saytının məlumatına görə, İngiltərə klubunun hücumçusu Kallum Uilson zədə üzündən sıradan çıxıb.
Forvardın Premyer Liqanın “Mançester Yunayted”lə (1:1) qarşılaşmasında aldığı xəsarət ciddi olub. 29 yaşlı futbolçu 8 həftə meydanlardan kənar qalacaq.
Uilson “Nyukasl”ın cari mövsümdə ən yaxşı bombardiridir. O, 15 görüşdə 6 qola imza atıb.
0
0