Premyer Liqa klubunda yeni müqavilə
29.04.2022 - 12:50
Premyer Liqa klubunda yeni müqavilə

İngiltərənin “Nyukasl” klubu futbolçusu Fabian Şer ilə müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Müdafiəçi ilə yeni müqavilə 2 ili əhatə edir. 30 yaşlı futbolçu 2024-cü ilədək “Nyukasl”ın şərəfini qoruyacaq.

Qeyde dək ki, Şer cari mövsüm Premyer Liqada keçirdiyi 23 matçda 2 qol və 2 assistə imza atıb.