Premyer Liqa klubunda yeni müqavilə
07.05.2022 - 00:36
“Nyukasl” futbolçusu Pol Dammettlə müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.
30 yaşlı müdafiəçi daha bir il “sağsağanlar”ın şərəfini qoruyacaq. Uelslinin yeni müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
Qeyd edək ki, “Nyukasl”ın yetirməsi olan müdafiəçi zədələr üzündən cari mövsüm cəmi 3 matçda meydana çıxıb.
0
0