Premyer Liqa klubundan “Kəpəz”ə keçdi
08.01.2022 - 14:49
“Kəpəz” qış transfer dönəmində heyətinə yeni futbolçu cəlb edib.
Apasport.az xəbər verir ki, bu barədə Gəncə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, I Divizion təmsilçisi Roman Hüseynovla heyətini gücləndirib. Onunla mövsümün sonuna kimi müqavilə bağlanacaq. Roman gəncəlilərə Premyer Liqa klubu “Sumqayıt”dan keçib.
Qeyd edək ki, Roman Hüseynov 2018-ci ildə “Kəpəz” elitada çıxış edən zaman 6 ay bu komandanın formasını geyinib.
0
0