Premyer Liqa klubunun hədəfi
09.02.2022 - 13:24
“Aston Villa” yay transfer pəncərəsi üçün hədəfini müəyyənləşdirib.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi İvo Bissumanı heyətinə qatmaq niyyətindədir.
“Brayton”un mərkəz yarımmüdafiəçisini qışda transfer etmək istəyən “Aston Villa”nın istəyi baş tutmayıb. Klub rəhbərliyi onun üçün 25 milyon funt sterlinq təklif etsə də, bu məbləğ “Brayton”u razı salmayıb.
Qeyd edək ki, cari mövsüm 14 matç keçirən Bissumanın müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
0
0