Premyer Liqa oyunu 2 saat qalmış təxirə salındı - SƏBƏB
18.12.2021 - 17:41
İngiltərə Premyer Liqasında daha bir oyun təxirə salınıb.
Apasport.az saytının məlumatına görə, “Aston Villa” və “Bernli” arasında görüş start fitinə 2 saat qalmış təxirə düşüb.
Buna səbəb Birminhem təmsilçisində koronavirusa yoluxanların olmasıdır. Bu son bir həftədə təxirə salınan 10-cu Premyer Liqa matçıdır.
Bu günə nəzərdə tutulan 5 oyundan yalnız biri keçiriləcək. Günün yeganə matçı “Arsenal” – “Lids” qarşılaşmasıdır.
0
0