İngiltərə Premyer Liqasının lideri “Mançester Siti” 2021-ci ildə daha bir rekordu ələ keçirib.
Apasport.az saytının məlumatına görə, “şəhərlilər” bir təqvim ilində Premyer Liqada ən çox matçda qələbə qazanan komanda ünvanını ələ keçirib.
Pep Qvardiolanın yetirmələri il ərzində 35 qarşılaşmada rəqiblərini üstələməklə buna nail olub.
1992/93 mövsümündən Premyer Liqa adı altında keçirilən İngiltərə çempionatında bir il ərzində ən çox qələbə qazanan klublar bunlardır:
1. “Mançester Siti” - 35 (2021)
2. “Çelsi” - 32 (2005)
3-4. “Mançester Yunayted” - 31 (1993)
“Mançester Yunayted” - 31 (2009)
5-8. “Mançester Siti” - 30 (2019)
“Liverpul” - 30 (2019)
“Mançester Siti” - 30 (2017)
“Mançester Yunayted” - 30 (2012)