Premyer Liqa tarixinin ən UĞURSUZ STARTLARI
26.12.2021 - 16:47
Premyer Liqa tarixinin ən UĞURSUZ STARTLARI

Səudiyyə Ərəbistanının dövlət fondu tərəfindən səhmləri alınaraq dünyanın ən zəngin klubuna çevrilən “Nyukasl” bu mövsüm Premyer Liqada qalmaq uğrunda mübarizə aparır.

Apasport.az saytının məlumatına görə, mövsümün əvvəlindən təhlükəli zonada yer alan “sağsağanlar” Premyer Liqa tarixinin ən uğursuz 4-cü startına imza atıb.

Komanda ilk 14 turda qələbə üzünə həsrət qalsa da, antirekorda az qalmış bu uğursuz seriyaya son qoyub. Mövsümə ən uğursuz start götürməklə bağlı antirekord isə “Şeffild Yunayted”ə məxsusdur.

1. “Şeffild Yunayted”
2012/13 mövsümü: İlk 17 oyunda qələbəsiz

2. “Kuinz Park Reyncers”
2012/13 mövsümü: İlk 16 oyunda qələbəsiz

3. “Suindon”
1993/94 mövsümü: İlk 15 oyunda qələbəsiz

4. “Nyukasl”
2021/22 mövsümü: İlk 14 oyunda qələbəsiz