Premyer Liqada “Qarabağ”la 250-ci qələbə
13.05.2022 - 11:00
Premyer Liqada “Qarabağ”la 250-ci qələbə

“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında Premyer Liqada 250-ci qələbəsini qazanıb.

Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, bu, XVI turdan təxirə salınan “Sumqayıt”la oyunda gerçəkləşib.

5:0 hesabı ilə qalib gələn Ağdam klubu 50 yaşlı mütəxəssislə 250-ci dəfə üç xal qazanıb.

2008-ci ilin yayından “Qarabağ”ı çalışdıran Qurbanov bu müddətdə komandanı 416 çempionat görüşünə çıxarıb. Bunların 250-sində qələbəyə sevinən mütəxəssis 105 heç-heçə və 61 məğlubiyyət də yaşayıb.

Qeyd edək ki, Qurbanov həm bir komanda ilə, həm ümumi qələbə sayında baş məşqçilər arasında ölkə çempionatları tarixinin rekordçusudur.