Premyer Liqada XVI turun təyinatları açıqlandı
18.02.2022 - 13:45
Premyer Liqada XVI turun təyinatları açıqlandı

Azərbaycan Premyer Liqasında XVI turun təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, sabah başlayacaq turun görüşləri iki günü əhatə edəcək.

Keçiriləcək üç matçı idarə edəcək hakimlər, həmçinin hakim-inspektor və AFFA nümayəndələri bəlli olub.

Azərbaycan Premyer Liqası
XVI tur
19 fevral (şənbə)

“Qəbələ” – “Səbail”
Hakimlər:
Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu, 15:00

“Neftçi” – “Keşlə”
Hakimlər:
Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bakcell Arena”, 17:15

20 fevral (bazar)

“Zirə” – “Sabah”
Hakimlər:
Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Elçin Məsiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu, 17:00