Premyer Liqada 2 cəzalı
17.12.2021 - 22:34
Premyer Liqada 2 cəzalı

Azərbaycan Premyer Liqasının XIV turunun ikinci günü iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade və “Səbail”in müdafiəçisi Adil Nağıyev növbəti turu buraxacaq.

Hər iki oyunçu mövsümdə 4-cü sarı vərəqəsini alıb. Patrik “Zirə” (2:0), Adil “Sabah”la (0:3) görüşdə cəzalanıb.

Bu səbəbdən də futbolçular mövsümün ikinci yarısının ilk turunda istirahət edəcəklər. Patrik “Neftçi”, Adil “Sumqayıt”a qarşı oynamayacaq.

Qeyd edək ki, XIV turun matçları 2022-ci il fevralın 7-8-də keçiriləcək.