Premyer Liqada 6 cəzalı
05.05.2022 - 17:11
Azərbaycan Premyer Liqasında 6 futbolçu cəzalı duruma düşüb.
Apasport.az saytının məlumatına görə, XXV turda iki oyunçu qırmızı vərəqə alıbsa, dörd futbolçu mövsümdə 4-cü dəfə xəbərdarlıq görüb.
XXVI turda “Qarabağ”da daha çox itki olacaq. Patrik Andrade qırmızı, Qara Qarayev sarı vərəqələr üzündən turu buraxacaq
Camaləddin Xocaniyazov meydandan kənarlaşdırıldığı üçün “Sumqayıt”a kömək etməyəcək. Eddi İsrafilov (“Neftçi”), İlkin Qırtımov (“Şamaxı”) və Loris Broqno (“Zirə”) xəbərdarlıqlara görə belə durumla üzləşib.
0
0