Premyer Liqada klubunu dəyişir
14.05.2022 - 14:09
Premyer Liqada klubunu dəyişir

“Lester”in qapıçısı Kasper Şmeyxel mövsümün sonunda komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, Danimarka millisinin qolkiperi “Nyukasl”ın maraq dairəsindədir.

Yeni qapıçı axtarışında olan “sağsağanlar” növbəti mövsümdən çərçivəni məhz Şmeyxelə tapşırmaq niyyətindədir. “Lester”lə müqaviləsi gələn ilin yayına qədər olan 35 yaşlı oyunçu “Nyukasl”ın yüksək məbləğdə maaş təklifinə müsbət yanaşır.

Qeyd edək ki, Kasper Şmeyxel bu mövsüm Premyer Liqada 35 oyuna çıxıb, 55 qol buraxıb.