Premyer Liqada təxirəsalmalara davam
26.12.2021 - 21:11
İngiltərə Premyer Liqasında daha bir oyun təxirə salınıb.
Apasport.az saytının məlumatına görə, XX turun “Lids” – “Aston Villa” matçı qeyri-müəyyən müddətə keçirilib.
Dekabrın 28-nə planlaşdırılan görüşün baş tutmasına koronavirus pandemiyası səbəb olub. “Lids”dəki yoluxmalar üzündən qarşılaşma qeyri-müəyyən müddətə keçirilib.
Qeyd edək ki, “Lids”in “Liverpul”la XIX turdakı matçı da eyni səbəbdən təxirə düşüb.
0
0