Premyer Liqada daha bir oyun təxirə salındı
24.12.2021 - 15:44
Premyer Liqada daha bir oyun təxirə salındı

İngiltərə Premyer Liqasında daha bir oyun təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, XIX tur çərçivəsində keçirilməli olan “Bernli” – “Everton” görüşü baş tutmayacaq.

Liverpul klubu dekabrın 26-na təyin olunan görüşün qeyri-müəyyən müddətə təxirə salındığını bəyan edib. Buna səbəb isə koronavirusa kütləvi yoluxma göstərilib.

Qeyd edək ki, XIX turun “Liverpul” – “Lids” və “Vulverhempton” – “Uotford” oyunları da eyni səbəbdən təxirə salınıb.