Premyer Liqamızda 29 dubl...
12.05.2022 - 17:14
Premyer Liqamızda 29 dubl...

Azərbaycan Premyer Liqasında ən çox dubla imza atan futbolçular açıqlanıb.

Apasport.az saytının məlumatına görə, arxada qalan 26 turun 111 matçında 16 oyunçu bir qarşılaşmada iki top vurub.

Onlardan beşi buna 3 dəfə nail olub. “Neftçi”dən Tyaqo Bezerra, “Sabah”dan Coy-Lens Mikels, həmçinin “Qarabağ”ın üzvləri Musa Qurbanlı, Filip Ozobiç və İbrahima Vadji 3 dublun müəllifidir.

Onların komanda yoldaşı Kadi Borqes ikin matçda fərqlənib. “Zirə”nin legionerləri Davit Volkov və Hamidu Keyta ona şərikdir.

Qeyd edək ki, mövsümün hələlik sonuncu – 29-cu dubluna Əli Qurbani imza atıb. “Sumqayıt”ın milliləşən legioneri XXVI turda “Səbail”i iki dəfə məyus edib.