Premyer Liqanın “Boxing Day” rekordları
27.12.2021 - 09:12
Premyer Liqanın “Boxing Day” rekordları

İngiltərə Premyer Liqasının XIX turu iki rekordla əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, “Tottenhem” – “Kristal Pelas” və “Mançester Siti” – “Lester” oyunlarında yeni “Boxing Day” rekordu qırılıb.

“Kristal Pelas” üzərində 3:0 hesablı qələbə qazanan “Tottenhem” ardıcıl 15 mövsümdür “Boxing Day” matçlarında uduzmur. “Etihad” stadionunda keçirilən qarşılaşmada isə “Mançester Siti” “Lester”i 6:3 hesabı ilə üstələyib. Bu, “Boxing Day” tarixinin ən məhsuldar matçı olub. İndiyə qədər hər hansı bir görüşdə komandalar birlikdə 9 qol vura bilməmişdilər.

Qeyd edək ki, hazırda “Mançester Siti” 47 xalla turnir cədvəlinə başçılıq edir. XX turun matçlarının 28-30 dekabrda keçirilməsi nəzərdə tutulur.