“Betis”in prezidenti Anxel Haro hücumçuları Nabil Fekirlə “Barselona”nın maraqlanmasına münasibət bildirib.
Apasport.az saytının məlumatına görə, o, 29 yaşlı ön xətt oyunçusunu satmaq istəmədiklərini söyləyib.
Ancaq prezident Fransa millisinin üzvünün transfer qiymətini də açıqlayıb: “Hazırda Fekirin La Liqanın ən yaxşısı olduğunu söyləməyə cəsarət etmirəm. Lakin onun oyunu əsl tamaşadır. Ümid edirəm ki, mümkün qədər uzun müddət “Betis”də qalacaq. Fekirin sərbəst qalma məbləği 100 milyon avrodur. Mən narahat deyiləm. Böyük klublar onunla maraqlanırsa, deməli, əla formadadır”.
Qeyd edək ki, “Barselona”nın Fekir üçün “Betis”ə 60 milyon avro təklif etdiyi bildirilib.