Prezident qərarını açıqladı – millimizin sabiq baş məşqçisi haqda
13.11.2020 - 14:18
Prezident qərarını açıqladı – millimizin sabiq baş məşqçisi haqda

Türkiyənin “Dənizlispor” klubunun baş məşqçisi Robert Prosineçkinin taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisinin prezidenti Ali Çətin mövsümə uğursuz starta baxmayaraq, xorvatiyalı mütəxəssisə güvəndiklərini açıqlayıb.

O, Prosineçkinin istefaya göndəriləcəyi ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu söyləyib: “Baş məşqçimizlə yolumuza davam edirik. Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra yüksəlişə keçəcəyimizə inanırıq”.

“Dənizlispor” cari mövsüm Super Liqada keçirdiyi 7 oyunun cəmi 1-də qələbə qazanıb, 2-də heç-heçə edib, 4 görüşdə isə məğlub olub.

Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinin çalışdırıb.