“Mançester Siti”nin hücumçusu Qabriel Jezuş komandasını dəyişməyə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, Braziliya millisinin üzvü “Arsenal”a keçməyə yaxındır.
Bunu 25 yaşlı forvardın meneceri Marselo Pettinati də təsdiqləyib. O, futbolçu ilə ümumilikdə 6 klubun maraqlandığını deyib: “Qabriel bütün diqqətini “Mançester Siti”nin son matçlarına yönəldib. Ondan sonrasına baxacağıq. “Arsenal” rəhbərliyi ilə danışığımız olub. Onların layihəsini bəyəndik. Ancaq “topçular” müzakirə etdiyimiz variantlardan biridir”.
Qeyd edək ki, Qabriel Jezuşun “Mançester Siti” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.