Qapıçısı “Qarabağ”ın rəqibini tərk edir
21.12.2021 - 11:00
Konfrans Liqasında “Qarabağ”ın rəqibi olan “Marsel”in qapıçısı Stiv Mandanda Fransa klubunu tərk edə bilər.
Apasport.az saytının məlumatına görə, 36 yaşlı qolkiperi oyun praktikasının azlığından narazı qaldığı üçün komandadan getmək niyyətindədir.
Fransa yığmasının futbolçusu baş məşqçi Xorxe Sampaolidən görüşməyi xahiş edib. Mandanda çalışdırıcı ilə gələcək karyerasını müzakirə etmək fikrindədir. “Marsel”də Liqa1 çərçivəsində 450-dən çox oyuna çıxan qolkiperin müzakirələrdən sonra klubdan ayrılacağı gözlənilir.
Qeyd edək ki, Mandanda 2007-ci ildən “Marsel”in formasını geyinir.
0
0