Qara Qarayev koronavirusa yoluxub - Maksim Medvedevdə mikrozədə
07.02.2022 - 21:32
Qara Qarayev koronavirusa yoluxub - Maksim Medvedevdə mikrozədə

“Qarabağ”ın futbolçusu Qara Qarayev koronavirusa yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının XV turunda “Neftçi” üzərində 2:1 hesablı qələbə qazandıqları qarşılaşmanın ardından təşkil edilən mətbuat konfransında vitse-kapitanın testinin pozitiv çıxdığını söyləyib: “Keşlə” ilə kubok oyunundan sonra Qaranın hərarəti olmuşdu. Artıq bu gündən fərdi məşqlərə başlayıb”.

Baş məşqçi ölkə kubokunun 1/4 final mərhələsində “Keşlə” ilə görüşdə zədələnən kapitan Maksim Medvedevin bu gün meydana çıxmamasının səbəbini də açıqlayıb: “Maksimin əzələsində mikrozədə var idi. Bunu ciddiyə almaq lazımdır. Amma hər şey yaxşılığa doğru gedir. Həmçinin İbrahima Vadji dünən özünü bir az narahat hiss elədi, hərarəti oldu. Bu gün test verdi, neqativ çıxdı. Sadəcə, dünənki durumuna görə risk etmədik”.