Qardaşlarına yol açanlar: Uroş Matiç, Xayme Romero...
20.02.2022 - 16:08
Qardaşlarına yol açanlar: Uroş Matiç, Xayme Romero...

Futbol dünyasına xas olan bəzi ənənələr var.

Apasport.az saytının məlumatına görə, bəzi ulduz futbolçuların qardaşlarına da özləri kimi karyera qurmağa çalışamaları onlardan biridir.

Adətən hansısa tanınmış sima bir kluba keçərkən rəhbərliyin qarşısına futbolçu olan qardaşını da götürməyi şərt qoyur. Bu yazıda məhz qardaşlarına karyera qurmaq üçün yol açan həmin ulduzlar yer alır.

Onlar arasında Azərbaycanda çıxış etmiş sima da var. Bu, “Mançester Yunayted”in yarımmüdafiəçisi Nemanya Matiçin kiçik qardaşı Uroşdur. 2020/21 mövsümündə “Qarabağ”da çıxış etmiş Uroşun futbolçu olmasında Nemanyanın böyük əməyi var. 2011-2014-cü illərdə “Benfika”nın formasını geyinmiş Nemanya həmin vaxt qardaşının da Portuqaliya klubunun əvəzedici heyətinə qəbul edilməsini təmin edib. Lakin sabiq “Qarabağ”lı qardaşından fərqli “böyük beşlik” ölkələrinə qədər yüksələ bilməyib.

2019-cu ildən “Qarabağ”ın formasını geyinən ispaniyalı Xayme Romero da eyni addımı atıb. O, ölkəmizə gələndə kiçik qardaşı Danieli də gətirmişdi. Ancaq 26 yaşlı Daniel heç qardaşı səviyyəsində də oynaya bilməyib. “Qarabağ”ın əvəzedici heyətində yer almaqla kifayətlənən kiçik qardaş daha sonra İspaniyaya qayıdıb və hazırda həvəskar liqada çıxış edir.

Ulduz futbolçular və dəstək olduqları zəif qardaşları:
Dieqo - Uqo Maradona
Nabil - Yassin Fekir
Frank - Stiven Riberi
Kaka – Diqao
Canluici - Antonio Donnarumma
Ronald - Ervin Kuman
Lukas - Mateus Paketa
Nemanya - Uroş Matiç
Lorenzo - Roberto İnsinye
Eden - Kilian Azar
Mario - Enox Balotelli
Covani - Conatan dos Santos
Stiv - Riffi - Over Mandanda
Fares – Məhəmməd Bahluli
Toni - Dieqo Vayrelyes
Xabi - Mikel Alonso
Toni - Feliks Kroos
Samuel - David Eto
Bastian - Tobias Şvaynştayger
Mario - Feliks Götze
Xose - Xuan Mige Kalyexon
Kristian - Conatan Benteke
Mats - Conas Hummels
Qonsalo - Federiko İquain
Pyerr-Emerik - Katilina - Villi Obameyanq