Qazaxıstanlı futbolçu Azərbaycanla oyunu buraxacaq
14.05.2022 - 13:12
Qazaxıstanlı futbolçu Azərbaycanla oyunu buraxacaq

Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibi Qazaxıstan itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Nurlan Dairov sıradan çıxıb.

Qazaxıstan çempionatının lideri “Taraz”ın 27 yaşlı futbolçusu zədə səbəbindən klubunun qarşıdakı oyunlarını buraxacaq. Dairovun yığmanın Millətlər Liqasındakı ilk görüşlərində iştirak etməyəcəyi də dəqiqləşib.

Qeyd edək ki, Qazaxıstan yığması C Liqasının III qrupundakı ilk oyununu iyunun 3-də məhz Azərbaycan millisinə qarşı keçirəcək. Həmin matç “Astana Arena”da baş tutacaq.