Qışda icarəyə verilən ən dəyərli futbolçular
04.02.2022 - 17:19
Qışda icarəyə verilən ən dəyərli futbolçular

Qış fasiləsində oyunçu transferi çətin olduğundan, klublar əsasən icarə variantına üstünlük verirlər.

Apasport.az saytının məlumatına görə, ötən ay da bir çox klub heyətində yaranan boşluqları məhz bu qaydada doldurmağa çalışıb.

Bu, həm də ciddi maliyyə problemi ilə üzləşən klublara bu baxımdan sərf edir.

Qışda icarə əsasında komandasını dəyişən ən dəyərli futbolçuların adları açıqlanıb. Maraqlıdır ki, siyahıda transfer qiyməti ən yüksək olan 8 oyunçudan 6-sı İngiltərə Premyer Liqasında komandasında möhkəmlənməyi bacarmayanlardır. Bu mənada “Tottenhem” xüsusilə fərqlənir. London klubunun 3 dəyərli üzvü başqa komandaya icarəyə verilib.

1. Tanquy Ndombele - 38 milyon avro (“Tottenhem”dən “Lion”a)
2. Robin Qosens - 35 milyon (“Atalanta”dan “İnter”ə)
3. Antoni Marsial - 32 milyon (“Mançester Yunayted”dən “Sevilya”ya)
4. Deyan Kuluşevski - 30 milyon (“Yuventus”dan “Tottenhem”ə)
5-6. Adama Traore - 28 milyon (“Vulverhempton”dan “Barselona”ya)
Brayan Gil - 28 milyon (“Tottenhem”dən “Valensiya”ya)
7. Donni van de Bek - 25 milyon (“Mançester Yunayted”dən “Everton”a)
8. Covani Lo Selso - 22 milyon (“Tottenhem”dən “Vilyarreal”a)