Afrika Millətlər kuboku ləğv edilə bilər.
Apasport.az saytının məlumatına görə, gələn il Kamerunda keçirilməli olan qitə çempionatının təşkili təhlükə altına düşüb.
Buna səbəb koronavirusun yeni ştamı omikrondur. Afrika Futbol Konfederasiyası yanvarın 9-dan fevralın 6-dək davam etməli olan çempionatla bağlı fövqəladə iclas da keçirilib.
Qurum rəhbərliyi Avropadan gələcək futbolçular və azarkeşlərin virusu daha da yaya biləcəyindən ehtiyatlanır. Fransa və İngiltərə klubları da yarışın ləğvinin tərəfdarıdır.
Qeyd edək ki, Kamerundakı çempionat baş tutmasa, yarış 2023-cü ilin yayında Fil Dişi Sahilində təşkil olunacaq.