Azərbaycan millisinin sabiq müdafiəçisi Ufuk Budak “Neftçi”nin dəvətini geri çevirib.
Apasport.az xəbər verir ki, bu barədə “sportinfo”ya Bakı təmsilçisindən məlumat verilib.
“Ağ-qaralar” adıçəkilən oyunçuya 2 illik müqavilə təklif ediblər. Tərəflərin anlaşa bilməməsinə səbəb maliyyə şərtləridir. Budak ağ-qara formanı geyinmək üçün gözləniləndən xeyli artıq pul tələb edib.
O, illik 200 min dollar qazanacağı təqdirdə, Türkiyəni Azərbaycanı dəyişə biləcəyini söyləyib ki, bu da “Neftçi” rəhbərliyini razı salmayıb.
Qeyd edək ki, ilk dəfə 2011-ci ildə Azərbaycan millisinə dəvət alan Ufuk Budak 17 oyun keçirib. O, cari mövsümün əvvəlində “Altınordu”dan “Bursaspor”a keçsə də, 3 ay əvvəl “Ərzurumspor”un yolunu tutub. 31 yaşlı sol cinah oyunçunun TFF I Liqa klubu ilə müqavilə müddəti 1 ildir.