Qələbə seriyası qırıldı - Ronaldonun
23.12.2019 - 10:58
Qələbə seriyası qırıldı - Ronaldonun

Portuqaliya millisinin və İtaliya “Yuventus”unun futbolçusu Kriştianu Ronaldonun final seriyası qırılıb.

Apasport.az saytının məlumatına görə, İtaliya Superkubokunun “Latsio” ilə görüşündə 1:3 hesablı məğlubiyyətə üzülən hücumçu 2013-cü ildən sonra ilk dəfə həlledici qarşılaşmadan məyus ayrılıb.

O, sonuncu dəfə “Real”da oynadığı vaxt İspaniya kubokunun “Atletiko” ilə 2013-cü il mayın 17-dəki görüşündə belə halla üzləşmişdi – 1:2. Bundan sonra K.Ronaldo ardıcıl 12 finalda qələbə sevinci yaşayıb. 13-cü dəfə həlledici qarşılaşmadan qalib ayrılmaq isə nəsib olmayıb.

Qeyd edək ki, portuqaliyalı “Yuventus”da 2-ci dəfə final oynayıb. Bir il əvvəl Superkubokda “Milan” üzərində qələbə əldə olunub – 1:0.
 

0
Kriştianu Ronaldo final seriyası Yuventus