Qola sevinəndə barmağı qırıldı
06.01.2022 - 15:21
Qola sevinəndə barmağı qırıldı

“Çelsi”nin futbolçusu Kay Haverts İngiltərə Liqa kubokunun “Tottenhem”lə oyununda xoşagəlməz halla üzləşib.

Apasport.az saytının məlumatına görə, 2:0 hesablı qələbəyə bir qolla töhfə verən almaniyalı yarımmüdafiəçinin barmağı qırılıb.

Bu epizod qol sevincini yaşayarkən baş verib. Hadisə görüşün 5-ci dəqiqəsində yaşansa da, Haverts ilk yarını başa çatdıra bilib. O, qarşılaşmanın fasiləsində əvəzlənib.

Qeyd edək ki, London klubları arasında cavab oyunu yanvarın 12-də keçiriləcək.