Qrizmann “Barselona” ilə oyunu buraxacaq
04.02.2022 - 22:17
“Atletiko”nun hücumçusu Antuan Qrizmannın durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, 30 yaşlı forvard komandasının bugünkü məşqini də buraxıb.
Zədəsini hələ də sağaltmayan Fransa millisinin üzvünün La Liqanın XXIII turunda “Barselona” ilə matça yetişməsi mümkün deyil. O, müqavilə ilə məxsus olduğu Kataloniya klubuna qarşı görüşdə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Qrizmann bu mövsüm La Liqada keçirdiyi 13 oyunda 3 qol vurub. “Barselona” – “Atletiko” qarşılaşması fevralın 6-da baş tutacaq.
0
0