Qrupda 40-cı, turnirdə 5-ci – 2 uğursuz yubiley
10.12.2021 - 10:14
Qrupda 40-cı, turnirdə 5-ci – 2 uğursuz yubiley

“Qarabağ”ın “Bazel”ə məğlubiyyəti iki uğursuz yubileylə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, Konfrans Liqasının qrup mərhələsinin VI turunda qeydə alınan 0:3 hesablı yenilgi yeni yaranan bu turnirdə 5-ci uğursuzluq olub.

Konfrans Liqasında 18 matça çıxan Azərbaycan klubları 7 qələbə qazanıb, 6 heç-heçə edib. İlk dəfə uduzan “Qarabağ” ölkəmizin 5-i yenilgisinin müəllifi olub.

İsveçrədəki qarşılaşma həm də avrokubokların qrupundakı 40-cı məğlubiyyətlə nəticələnib. Azərbaycan klubları 66 sınaqda 9 qələbə və 17 heç-heçəyə imza atıb.