Sabah Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı start götürəcək.
Apasport.az saytının məlumatına görə, çempionatın 2022-ci ildəki ilk oyun günü Azərbaycan derbisi ilə əlamətdar olacaq.
Son çempion “Neftçi” hazırkı lideri – “Qarabağ”ı qəbul edəcək. Bu, komandaların baş məşqçiləri üçün də növbəti duel olacaq.
Qurban Qurbanov “Qarabağ”a qədər “Neftçi”də, Samir Abasov “Neftçi”yə qədər “Sumqayıt”la “Zirə”də işləyib. Mütəxəssislər Premyer Liqada indiyədək 21 dəfə üz-üzə gəliblər.
Qurbanov həmkarına qarşı yalnız “Qarabağ”ın sükanı arxasında çıxıb. Abasov 12 dəfə “Sumqayıt”, 5 dəfə “Zirə”, 4 dəfə “Neftçi” ilə bu dueldə iştirak edib.
İlk belə qarşılaşmanın baş tutduğu 2015/16 mövsümündən indiyədək 5 dəfə Qurbanovlu “Qarabağ”, 1 dəfə Abasovlu “Neftçi” çempion olub. Ağdamlıların bu hegemonluğu duellərin balansına da təsir edib.
Qurbanov 15 dəfə qalib gəlibsə, Abasovun cəmi 3 qələbəsi var. 3 dəfə isə sülh qeydə alınıb. “Qarabağ” Abasovun komandalarına 46 qol vurubsa, cəmi 13 top buraxıb.
Premyer Liqada Qurbanov – Abasov duelləri
25.10.2015 Sumqayıt - Qarabağ 1:0
16.12.2015 Qarabağ - Sumqayıt 2:2
13.03.2016 Sumqayıt - Qarabağ 0:2
07.05.2016 Qarabağ - Sumqayıt 1:0
11.08.2016 Sumqayıt - Qarabağ 0:2
15.10.2016 Qarabağ - Sumqayıt 3:0
04.03.2017 Sumqayıt - Qarabağ 0:4
23.04.2017 Qarabağ - Sumqayıt 2:1
22.09.2017 Qarabağ - Sumqayıt 4:1
17.11.2017 Qarabağ - Sumqayıt 2:0
03.03.2018 Sumqayıt - Qarabağ 1:1
22.04.2018 Sumqayıt - Qarabağ 0:1
26.09.2018 Qarabağ - Zirə 3:2
09.12.2018 Zirə - Qarabağ 0:6
09.03.2019 Qarabağ - Zirə 0:0
27.04.2019 Zirə - Qarabağ 0:3
23.09.2019 Zirə - Qarabağ 1:3
13.02.2021 Qarabağ – Neftçi 1:2
19.05.2021 Neftçi – Qarabağ 1:0
12.09.2021 Neftçi - Qarabağ 1:2
30.10.2021 Qarabağ – Neftçi 4:0
- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan