"Kamran müəllimin danışığından sonra inanmıram ki, belə addım ataram”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, İdman Araşdırmalar Mərkəzi (İAM) tərəfindən təşkil edilən “İlin Qalibləri-2021” layihəsinin mükafatlandırılması mərasimində Emin Mahmudovun Ağdam klubuna mümkün keçidi barədə danışıb. Qurbanov Azərbaycan millisinin və “Neftçi”nin yarımmüdafiəçisi ilə maraqlandıqlarını gizlətməyib: “Çünki Emin “Neftçi” üçün çox dəyərlidir. Amma yalan deməyəcəyəm, əvvəllər Eminlə maraqlanmışıq, amma danışığımız uğurlu alınmayıb”.
Qeyd edək ki, “Neftçi”nin prezidenti Kamran Quliyev tədbirdəki çıxışında klubun uğurunda əsas pay sahibi olanlardan ən başlıcası Emin Mahmudov olduğunu, onun komandaya verdiyi töhfəni hamının bildiyini vurğulayıb.