Qurban Qurbanov: “Neftçi” ilə oyunda dəyişikliklər olacaq”
15.05.2022 - 20:54
Qurban Qurbanov: “Neftçi” ilə oyunda dəyişikliklər olacaq”

"Futbolçularımı təbrik edirəm. Onların hər birinə görə sevindim”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

50 yaşlı mütəxəssis Premyer Liqanın XXVII turunun “Səbail”lə oyunu barədə fikirlərini açıqlayıb. O, 3:0 hesablı qələbəyə mətbuat konfransında şərh verib: “Oyunçuların bir az həyəcanlı, həm də istəkli olduqları hiss olunurdu. Gənc futbolçuların az qala hamısının əzələlərində problem oldu. Bu da həyəcan və yüklənmə ilə bağlıdır. Mövsümün sonunda futbolçuları formalarından tam uzaqlaşdırmaq da olmaz. Hər matçda rotasiyalar edirdim. Bu, oyun praktikası itirilməməsi üçün vacibdir. Növbəti qarşılaşmada da az oynayanlar meydanda olacaqlar. Balansı qoruyub saxlamağa çalışırıq. 12 nəfəri çıxmaq şərtilə, futbolçular yetərincə şans qazanırlar. Gənc oyunçular U-21-in heyətində də meydana çıxır. Riçard Almeyda və Toral Bayramovun axsayaraq gəzməsi sudurqa ilə bağlıdır”.

Qurbanov bildirib ki, komandası "Neftçi" ilə son tur matçına eyni heyətlə çıxmayacaq: "Bu dəfə başqa dəyişikliklər olacaq. Marko Veşoviçə istirahət vermişdimsə, Abbas Hüseynov zədəli idi. O, kubokun finalına çata bilər. Lakin hələlik məşqlərə başlamayıb. Yəqin ki, finalda "23-lük" olacaq. Meydana çıxacağına inanmıram. Qəbələdə keçiriləcək final matçına 1 gün əvvəldən yollanacağıq”.