Qurban Qurbanov: "Qarşıdakı oyunlar daha maraqlı alınacaq"
07.02.2022 - 21:07
Qurban Qurbanov: "Qarşıdakı oyunlar daha maraqlı alınacaq"

“Elə oyun idi ki, komandam optimal formasından uzaq idi. İtkilərimiz də var idi".

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XV turunda “Neftçi” üzərində 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

“Bakcell Arena”dakı matçın ardından “CBC Sport” kanalına danışan təcrübəli mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Oyuna tam hazırlaşa bilməmişdik. Amma bizim 20 futbolçumuz var. Onları bir-birindən ayırmaq olmaz. Bu gün mənə daha da inam verdilər. Çox yaxşı komandaya qalib gəldik. Qarşıdakı oyunlar bəlkə daha maraqlı alınacaq. İnanıram ki, azarkeşlərimizi daha çox sevindirəcəyik. "Keşlə" ilə kubok matçında da komandamdan razı qalmışdım. Başa düşürəm ki, hazırlıq dönəminin ardından 3-4 oyun lazım olur ki, optimal formanı qaytara biləsən".

O, müdafiəçi Toral Bayramova matçın gedişində etdiyi narazılıqlara da aydınlıq gətirib: "Toral bir neçə təkrar səhvlər elədi. Cavanlığı hiss olundu. Oxşar səhvlər idi".