“Qarabağ”ın Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadəni transfer etməsinin səbəbi bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov açıqlayıb.
O, jurnalistlərə açıqlamasında hücumçu seçimi ilə bağlı fikirlərini bildirib: “Hər zaman gənc oyunçulara üstünlük vermişik. Rüstəmi də gətirmək imkanımız oldu, dəyərləndirdik. Düzdür, hələlik klubu ilə razılıq olunub. Özü ilə danışıqlar davam edir. Özündən çox şey asılı olacaq”.
49 yaşlı mütəxəssis bildirib ki, qış transfer pəncərəsində komandaya digər yeni oyunçular da qoşulacaq: “Amma bununla kifayətlənmirik. Axtarışlarımız davam edir. Bəli, transferlər gözlənilir. Yaydan bəri danışıq apardığımız oyunçular var. Alınsa, onları da komandaya cəlb edəcəyik”.