Qurban Qurbanovun maraqlandığı futbolçular – YALNIZ BİZDƏ
15.12.2021 - 10:23
Qurban Qurbanovun maraqlandığı futbolçular – YALNIZ BİZDƏ

“Minay”ın hücumçusu Rüstəm Əhmədzadənin transferini açıqlamağa hazırlaşan “Qarabağ” bununla kifayətlənmək niyyətində deyil.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi Ukrayna və Rusiyada çıxış edən daha 4 futbolçunun durumunu diqqətdə saxlayır.

Baş məşqçi Qurban Qurbanov “Kolos”dan Anatoli Nuriyev, “Minay”dan Eldar Quliyev, “Rubin”dən Leon Musayev və “Ufa”dan Azər Əliyevin klubundakı vəziyyətlə maraqlanıb. Nuriyevin millimizin formasını geyinməsi, digərlərinin isə Azərbaycan vətəndaşlığı alaraq yerli statusda çıxış etmək imkanının olması seçimdə əsas rol oynayır.

Əlbəttə ki, “Qarabağ” adıçəkilən futbolçuların heç də hamısını birdən heyətinə cəlb etməyəcək. Ancaq onlardan hansının ölkəmizdə çıxış etməyə müsbət yanaşdığını və klublarından ayrılmaq ehtimalının nə dərəcədə real olduğunu araşdırır. Quliyev, Musayev və Əliyevin mümkün keçidi onların milliləşdirilərək Azərbaycan yığmasına da yolunu açacaq. Bu futbolçuların bəziləri ilə digər klublarımız, xüsusən “Neftçi” də yaxından maraqlanır.

Qeyd edək ki, Anatoli Nuriyevlə Azər Əliyevin klubu ilə müqavilə müddəti mövsümün sonuna, Eldar Quliyevin sözləşməsi 2023-cü, Leon Musayevin anlaşması isə 2025-ci ilə qədərdir.