
Ağdamın “Qarabağ” klubu Premyer Liqanın XI turunun oyununa baş məşqçisiz çıxıb.
Apasport.az saytının məlumatına görə, Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov “Səbail”lə bu gün keçirilən qarşılaşmada iştirak etmir.
Bir gün öncə komanda ilə Ağdama da yollanmayan mütəxəssis kimi oğlu Musa Qurbanlı da kənarda qalıb. Sonuncu Avropa Liqasının “Sivasspor”la Türkiyədəki görüşündə də “23-lük”də deyildi.
Musanın Azərbaycan millisinin düşərgəsindən qayıtması koronavirusa ehtimalı yaradır. Çünki yığmanın düşərgəsində infeksiya yayılmışdı.
Həm Qurbanov, həm də Qurbanlının “Səbail”lə matçı buraxması da eyni şübhələrə əsas verib. Onların özlərini yaxşı hiss etmədiyi bildirilsə də, bunun koronavirusla bağlılığı da istisna deyil.
Qeyd edək ki, Qurbanov stadionda olmasa da, adı oyunun protokoluna qeyd olunub.
- Portuqaliya millisinin üzvü İspaniya klubunu tərk edib
- "Cimbom"a xəyanət şoku: "Çalhanoğlu" addım-addım "Fənərbaxça"ya
- "İnter" Çalhanoğlu transferi barədə: "Razılığa gəlmək mümkün deyil"
- "Qalatasaray" "Napoli"dən əlavə vaxt istəyib
- Konfrans Liqası: "Sabah"ın oyunlarını idarə edəcək hakimlər bəlli olub