Qurbaninin 261 günlük həsrəti bitdi
09.05.2022 - 19:33
Qurbaninin 261 günlük həsrəti bitdi

Azərbaycan millisinin və “Sumqayıt”ın hücumçusu Əli Qurbani qol həsrətinə son qoyub.

Apasport.az saytının məlumatına görə, milliləşən iranlı futbolçu Premyer Liqanın XXVI turunun “Şamaxı” ilə matçında hesabı açıb. 

O, 78-ci dəqiqədə isə dubl edərək, görüşün hesabını müəyyənləşdirib – 2:0. 

Qurbani sonuncu dəfə 2021-ci il avqustun 21-də qol vurub. Həmin vaxt hücumçu “Sabah”ın qapısına yol tapıb. Sumqayıtlılar həmin ev oyununda da 2:0 hesabı ilə qələbə qazanıb.

Əli 261 gündən sonra fərqlənib. Bununla o, mövsümdə 3-cü topu rəqib qapısından keçirib.

Qeyd edək ki, Qurbani cari mövsüm Premyer Liqada 20-ci matçını keçirib.