Qvardiola 10-cu dəfə ən yaxşı seçildi
10.12.2021 - 16:43
Qvardiola 10-cu dəfə ən yaxşı seçildi

İngiltərə Premyer Liqasında ayın məşqçisi mükafatının qalibi bəlli olub.

Apasport.az saytının məlumatına görə, Pep Qvardiola noyabrın ən yaxşısı seçilib.

Onun rəhbərlik etdiyi “Mançester Siti” ötən ay çempionatda üç qələbə qazanıb. “Mançester Yunayted”i 2:0, “Everton”u 3:0 hesabı ilə məğlub edən “şəhərlilər” “Vest Hem”i 2:1 hesabı ilə üstələyib.

Qvardiola karyerasında 10-cu dəfə Premyer Liqada ayın məşqçisi seçilib. O, bu ad uğrunda mübarizədə Stiven Cerrardla Yurgen Kloppu qabaqlayıb.